Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib
Bakı, 30 sentyabr, AZƏRTAC
Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi təsdiqlənib
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bu mənbələrdən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə güc, istehsal, istehsal nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcminə dair rüblük və illik məlumatların təqdim edilməsini təmin edəcək və qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələrinin atlasını özündə əks etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]