Beş ayda Bakı Fond Birjasının üzvlərinin renkinqinə "PAŞA Kapital” başçılıq edib
Bakı, 5 iyun, AZƏRTAC
Yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin renkinqi açıqlanıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 3,7 milyard manat dövriyyə ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC birinci yerdə, 718,9 milyon manatla "AzFinance İnvestisiya Şirkəti" QSC ikinci yerdə, 320,7 milyon manatla "Unicapital İnvestisiya Şirkəti" ASC üçüncü, 220,7 milyon manatla “BFB Kapital İnvestisiya Şirkəti” ASC dördüncü, 206,3 milyon manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC beşinci, 138 milyon manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 53,4 milyon manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC yeddinci yerdə qərarlaşıb.
Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən, üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq TMA bazarı istisna olmaqla repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]