BEŞ TONA YAXIN OĞURLUQ MİS KÜLÇƏ AŞKAR EDİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Biləsuvar gömrükxanasının buraxılış məntəqəsində Bəxtiyar Axundovun idarə etdiyi “KamAZ” markalı yük avtomaşını şübhə doğurduğu üçün saxlanılmışdır. Avtomaşının benzin daşımaq üçün nəzərdə tutulmuş yedək çəninə bu gömrükxanada müvafiq baxışın keçirilməsi üçün xüsusi şərait olmadığından yük avtomobili “Azərterminalkompleks”in Xırdalanda yerləşən 7 nömrəli anbarının ərazisinə gətirilmişdir. Yoxlama zamanı yedək çənin gizli saxlanc yerindən 4 ton 989 kiloqram mis külçələr aşkar edilmişdir.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]