“Beşiktaş” və “Fənərbağça” arasında keçirilən İstanbul derbisində qalib müəyyənləşməyib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mesut Özil açıb. Lakin 11 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yosef de Souza vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində "Fənərbağça"nın hücumçusu Mergim Berişa komandasını hesabda irəli çıxarıb. İkinci hissənin 59-cu dəqiqəsində Yosef de Souza yenidən hesaba tarazlıq gətirib.
Günün digər matçlarında "Rizəspor" öz meydanında "Yeni Malatyaspor"u 1:0 hesabı ilə üstələyib. "Fatih Karagümrük" səfərdə "Göztəpə"ni minimal hesabla məğlub edib - 1:0. "Kayserispor" - "Antalyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]