Bəxtiyar Əliyev: Sertifikasiya ilə bağlı aparılan müzakirələr nəticəsində prosedurda bir sıra dəyişikliklər edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
10-11-ci siniflərdə təmayül siniflərinin olması şagirdlərin gələcək peşəsini düzgün seçməsi baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə üzvü Bəxtiyar Əliyev deyib.
O bildirib ki, ölkə üzrə təmayül siniflərinin sayı hələ də çox azdır. Şagirdlərin repetitor və kurslara üz tutmasının əsas səbəblərindən biri məktəbdə təmayül imkanlarının kifayət qədər olmamasıdır. Dərsliklərin keyfiyyəti də ictimaiyyətdə haqlı narazılığa səbəb olub. Təhsil və peşə standartlarının gecikməsi yeni dərsliklərin hazırlanmasına da təsir göstərir.
"Sertifikasiya ilə bağlı aparılan müzakirələr nəticəsində prosedurda bir sıra dəyişikliklər edilib və bu dəyişikliklər təhsilin keyfiyyətinin artırılmasına yönəlib",- deyə B. Əliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]