Bəxtiyar Hacıyev: Əminəm ki, samboçularımız növbəti uğura imza atacaqlar
Bakı, 3 oktyabr, AZƏRTAC
Sabah Kazanda Tatarıstan Respublikası Prezidentinin mükafatı uğrunda “A” kateqoriyalı beynəlxalq turnir start götürəcək. Yarışlar Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xarakterli olduğu üçün xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, samboçularımız növbəti uğura imza atacaqlar.
Bu sözləri AZƏRTAC-a sambo üzrə yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev deyib. O, yarışlarda ilk dörd yeri tutan idmançıların “Minsk-2019” II Avropa Oyunlarına vəsiqə qazanacaqlarını vurğulayıb.
Baş məşqçi bildirib ki, yarışlar, həm də bu il noyabrın 8-dən 12-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək kişilər arasında dünya çempionatına yoxlama xarakteri daşıyır.
Yarışlarda sambo üzrə yığma komandanın tərkibində Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Fuad Məmmədov (62 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq) mübarizə aparacaqlar.
Turnirə oktyabrın 7-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]