BEYLƏQANDA 18 ELEKTRON ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
Rayon telekommunikasiya qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son vaxtlar rayon üzrə 25 kənd ATS-dən 18-i elektron tipli ATS-lə əvəzlənmişdir. Hazırda Talıbxanlı, Çəmənli kəndlərində yeni EATS-lər quraşdırılır. Gələn ilin əvvəllərində şəbəkənin bütün ATS-ləri elektronlaşdırılacaqdır.
Bundan əlavə, rayon mərkəzində 3, Milabad qəsəbəsində 1 internet klub fəaliyyətə başlamışdır.