Beynəlxalq Avtomobil Federasiyası Bəhreyn Qran-Prisində baş verən qəza barədə rəsmi məlumat yayıb
Bakı, 30 noyabr, AZƏRTAC
Beynəlxalq Avtomobil Federasiyası (FIA) noyabrın 29-da Formula 1 Bəhreyn Qran-Prisində "Haas" komandasının pilotu Roman Qrojanın törətdiyi qəza barədə rəsmi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, açıqlamada qəza baş verdikdən dərhal sonra xilasedici və tibbi heyətin fransalı pilotun köməyinə çatdığı vurğulanıb.
Qeyd olunub ki, pilot bolidi özü tərk edib və huşunu itirməyib. Tibb mərkəzinə yerləşdirilən R.Qrojan sonra helikopterin vasitəsilə xüsusi hospitala göndərilib. İdmançı müayinəsini həmin hospitalda davam etdirəcək.
FIA qəza ilə bağlı araşdırma aparır və yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün 15-ci yarışında "Haas" komandasının pilotu R.Qrojan birinci dövrədə qəza törədib. Belə ki, sürətlə trasın kənarındakı səddə çırpılan bolid iki yerə ayrılaraq alışıb. Fransalı pilot yanıq xəsarətləri alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]