Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə ekstradisiya olunub
Ankara, 14 sentyabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 8 nəfərin ölkəyə təhvil verildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, türkiyəli nazir sosial şəbəkədə cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya edildiyini paylaşıb.
Yerlikayanın məlumatına görə, Ankaranın sorğusu ilə Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilib.
Türkiyə Daxili İşlər Nazirliyinin başçısı əmin edib ki, axtarışda olan cinayətkarların heç biri ədalət məhkəməsindən qaça bilməyəcək.
Eyni zamanda, o, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]