BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan “Xüsusi Olimpiya” Komitəsi və “İnter” Peşəkar İdman Klubunun Beynəlxalq Əlillər Gününə həsr olunmuş Xüsusi Olimpiya proqramı üzrə futbol turniri başa çatmışdır.
Bu yarışda Bakı şəhərindən 8 komanda, eləcə də Şəki, Lənkəran, Qusar və Sumqayıtdan 120-dən çox futbolçu iştirak etmişdir.
Turnirin qalibləri Xüsusi Olimpiya Komitəsinin kubokları, diplomları və medalları, həmçinin “İnter” Peşəkar İdman Klubunun təsis etdiyi prizlərlə mükafatlandırılmışlar.
Bu yarışın nəticələrinə uyğun formalaşdırılacaq yığma komanda 2008-ci il mayın 3-dən 10-dək Kiprdə keçiriləcək Xüsusi Olimpiya proqramı üzrə Avropa çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]