“Beynəlxalq Əmanət Günü: pulumu necə idarə edim?” adlı vebinar keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA), Mərkəzi Bank və “Sparkassen-Finanzgruppe” şirkəti tərəfindən “Beynəlxalq Əmanət Günü: pulumu necə idarə edim?” adlı vebinar keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, vebinarda “Dadashsoy Business School”un rəhbəri Elvin Dadaşsoy pulun idarə olunması, gələcək sərmayə olaraq istifadə edilməsi, Mərkəzi Bankın nümayəndəsi Sahib Həsənov müştəri-bank münasibətləri, rəqəmsal identifikasiya sistemi və “Bank of Baku” ASC-nin filial direktoru Rüfət Məmmədov əmanətin növləri, pulu bankda saxlamağın üstünlükləri haqqında təqdimatlar ediblər. Sonda mövzular üzrə müzakirələr aparılıb
və iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]