BEYNƏLXALQ HƏMKARLAR İTTİFAQI TƏŞKİLATI BAKIDA SEMİNAR KEÇİRİR
AZƏRTAC xəbər verir ki, Dağ-mədən işçilərinin, kimyaçıların, energetiklərin və qeyri-peşə sahiblərinin (İCEEM) Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası Bakıda “Transmilli kompaniyalarda həmkarlar ittifaqlarının problemlərinin həlli yolları” və “Qloballaşma şəraitində həmkarlar ittifaqlarının rolu” mövzularında seminar keçirir.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika komitələri və digər həmkarlar ittifaqı təşkilatları rəhbər işçilərinin iştirak etdikləri seminarda İCEEM-in Şərqi Avropa, Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Andrey Mrost məruzə etmişdir.
Seminarda Neft və Qaz Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış etmişdir.
Seminarda müzakirə edilən mövzularda diskussiya olmuşdur.
Dekabrın 4-də seminar öz işini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]