BEYNƏLXALQ KULİNARİYA GÜNÜ QEYD OLUNMUŞDUR
Azərbaycan Milli Kulinariya Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyinin təşəbbüsü ilə dünyanın 100-ə yaxın ölkəsində ilk dəfə olaraq Beynəlxalq kulinariya günü qeyd olunmuşdur.
Bu bayram 1992-ci ildən həmin beynəlxalq qurumun üzvü olan Azərbaycanda da keçirilmişdir.