Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa çatdırıb

Bakı, 15 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı fevralın 15-də mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, BBMM-in əməkdaşı Tofiq Abbasov mətbuat konfransını açaraq qış məktəbi iştirakçılarının təəssüratlarının hər kəs üçün maraqlı olacağını deyib.

Portuqaliyalı Antonio Mendes çıxışında bildirib ki, Azərbaycana gəlməzdən öncə multikulturalizmi ancaq Portuqaliya cəmiyyətinə xas olan bir dəyər hesab edirdi: “Azərbaycana gələndən, sizin bu sahədəki təcrübə ilə tanış olandan sonra görürəm ki, burada da müsbət meyillər özünü büruzə verir. Dini, irqi problemlərin olmadığı cəmiyyətlər sağlam cəmiyyətlərdir. Mənim yaşadığım Portuqaliyada müsəlmanlarla heç vaxt problemlər yaşanmır. Mən özüm Portuqaliya yəhudisiyəm və Portuqaliya-İsrail Dostluq Assosiasiyasının üzvüyəm, tez-tez müxtəlif ölkələrdə oluram və paralellər aparmaq imkanım olur. Ünsiyyətə, dialoqa açıq olan cəmiyyət dərhal gözə çarpır. Mənim yaşadığım ölkədə tolerantlıq ənənələri çox uzaqlardan - XVII-XVIII əsrlərdən gəlir və bu, çox müsbət ənənədir, sabitliyin təməlini möhkəmləndirir. Coğrafi baxımdan bizə yaxın olan Mərakeş müsəlman ölkəsidir. Orada tez- tez oluram və görürəm ki, orada yaşayan insanlar da azaddüşüncəli, saffikirli, ünsiyyətə açıq insanlardır. Mən orada özümü çox azad hiss edirəm. Belə hissləri Azərbaycanda da yaşayıram. Açıq etiraf etsəm, buraya gəlməzdən əvvəl Azərbaycan haqqında cüzi anlayışlarım var idi. İndi görürəm ki, Azərbaycanda yaşayan insanların da hamısı dözümlü, yeniliklərə açıq insanlardır və qəti bildirmək istəyirəm ki, Azərbaycanda gördüklərim mənim gözlədiklərimi qat-qat üstələdi”.

Nigeriyalı İbrahim Akinyemi bildirib ki, o, ADA Universitetinin tələbəsidir: “Demək istəyirəm ki, bu ali təhsil ocağı özü-özlüyündə multikulturalizm ənənələrini təcəssüm edir. Tam əsasla deyə bilərəm ki, Azərbaycan multikulturalizmi mənə çox yaxın bir anlayışdır. Buradakı dözümlülük, ünsiyyətə açıqlıq təkcə paytaxt üçün deyil, əyalətlər üçün də səciyyəvidir. Biz Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində Qubaya, Xaçmaza, Qusara, Şahdağa səfər etdik və hamımız bir daha şahid olduq ki, tolerantlıq Azərbaycanın hər yerində oturuşmuş dəyərdir. Azərbaycan və Nigeriya hər ikisi bənzər göstəricilərə malikdir: hər ikisi neft ölkəsidir, bizim xalqlar oxşar problemləri həll edir. Ancaq multikulturalizm modelinə gəldikdə deyə bilərəm ki, Azərbaycan multikulturalizmi modeli mənim ölkəm üçün çox yararlı ola bilər. Hətta açıq etiraf etməli olsam, bu model digər Afrika ölkələrinə tətbiq edilsə, xeyli yüngüllük gətirə bilər. Çünki sizin ölkənizdə yaranmış təcrübə əsasında cəmiyyət üçün sabitləşdirici mexanizmlərin tətbiqi çox müsbət təsir göstərə bilər”.

Polşalı Joanna Jasinka diqqətə çatdırıb ki, həyatında ilk dəfədir belə bir məktəbin dinləyicisi olub: “Məni mütəəssir edən odur ki, bu sülhsevər ölkədə dövlət, hökumət, dini və ictimai qurumların nümayəndələri ilə görüşlərdə mən özüm üçün bu qonaqpərvər ölkə barədə çoxsaylı həqiqətləri aydınlaşdırdım. Əvvəla, həmin o qurumların nümayəndələrinə öz adımdan və tələbələrimiz adından dərin təşəkkürümü bildirirəm ki, vaxt tapıb bizə diqqət yetirdilər və eyni zamanda, bizim məlumat bazamızı xeyli genişləndirdilər. Bu, təbii bir şeydir ki, insanları təkcə müsbət emosiyalar, yaxşı anlar deyil, hətta problemlər də yaxınlaşdırır. Biz Azərbaycanda bir şeyin də şahidi olduq ki, burada insanlar təkcə ürəkaçan mətləblərdən deyil, qayğılardan da danışmağa açıqdırlar. Məhz çətinlikləri dəf etdikdə insanlar bəzən bir-birilərinə yaxın olurlar, həmfikirə çevrilib bir çox məsələlərin öhdəsindən gəlməyə qadir olurlar. Şadam ki, biz, 17 ölkənin nümayəndələri məhz Azərbaycanda bir-birimizi tanıyıb təkcə ayrı -ayrı fərdlərin deyil, hətta qlobal toplumun problemlərindən danışıb onlara öz münasibətimizi bildirdik, Azərbaycanın ibrətamiz multikultural təcrübəsi ilə yaxından tanış olduq. Ola bilsin ki, biz həyatımızda hansısa problemlərin öhdəsindən gəlmişik, amma irəlidə bizi hələ sınaqlar gözləyir. Etiraf etməliyəm ki, burada ilk dəfə olaraq və qış məktəbinin tam kursunu keçərək şəxsən mən özümü təsdiq etmək üçün faydalı məktəb keçdim”.

Gürcüstanlı Georgiy Saladze azərbaycanlı, müsəlman Əli və gürcü, xristian Nino arasında yaşanan məhəbbəti və onların uzun müddət sevgi içərisində Bakıda birgə yaşamasını multikulturalizmin göstəricisi kimi səciyyələndirib: “Bu dözümlülük, tolerantlıq tarixən bizim xalqlara xasdır. Biz qonşu xalqlarıq, birgə inkişaf proqramlarının, meyillərinin həyata keçirilməsində əməkdaşlığımız zəruridir. Sevgi güclüdürsə, məqsədə, amala bağlılıq varsa, dinin, milliyətin fərqi yoxdur və o zaman bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Qış məktəbinə gəlincə, çox yüksək səviyyədə təşkil olunmuşdu, təşkilatçılar bizə qarşı çox diqqətli və dəqiq idilər. Biz mədəniyyətlərimiz, tariximiz haqqında söhbətlər edirdik, bu təcrübə mübadiləsi bizim aramızdakı dostluq tellərini daha da möhkəmləndirdi”.

Rusiyalı Varvara Filipova bildirib: “Mənim təmsil etdiyim Moskva böyük bir dünyadır və onun da çoxsaylı problemləri var. Onun da miqrantlar, ünsiyyət açıqlığı problemləri mövcuddur. Bu problemlərin həlli ilə bağlı tədqiqatlar aparılır. Mənim Azərbaycanda gördüyüm bu mühit özündə təbii və müsbət bir təcrübəni ehtiva edir. Bəlkə də öz gözümlə görməsəydim inanmazdım ki, sizin ölkənizdə belə multikultural şərait hökm sürür. Dərhal anlayıb dərk edirsən ki, bu qondarma bir məfhum deyil, əsrlərə söykənən bir dəyərdir. İnanın ki, təmsil etdiyim rus xalqı da multikulturalizmə “hə” deyir və əgər seçmək hüququm olsa, mən Azərbaycan multikulturalizmi modelinə səs verərdim. Çünki bu model həm işləkdir, həm də ümidvericidir. Mənim şəxsi müşahidələrim bunu deməyə əsas verir”.

Rusiyalı Aleksandra Panteleyeva burada hər şeyin nə qədər gözəl olduğunu ifadə etmək üçün söz tapmadığını deyib: “Ən böyük nailiyyət də ondan ibarətdir ki, biz burada real multikultural mühiti gördük. Bir çox mədəniyyətlərin qovuşduğu bu qış məktəbində iştirak etmək bizim üçün böyük şansdır. Bu, mənim üçün çox gözəl təcrübə idi. Bu şans üçün sizə təşəkkürümü bildirirəm”.

Almaniyalı Tobias Fernandes söyləyib ki, Azərbaycanda olduğu üçün çox xoşbəxtdir: “Bir çox müzakirələrə qatıldım və olduğumuz atmosferə azad ruhun hakim kəsildiyinin şahidi oldum. Mənə elə gəlir ki, qış məktəbində iştirak edən tələbələrin bir çoxundan yaşca böyüyəm və mənim həyat təcrübəm daha çoxdur. Müqayisəli yanaşdıqda dərhal hiss edirdim ki, gördüklərim ən yüksək qiymətə layiqdir. Azərbaycanda insanların simasında gülüş, pozitiv enerji gördüm. Dil baryeri olmasına baxmayaraq, burada çox azad, tolerant atmosfer var. Dil bilib-bilməməsindən asılı olmayaraq, hamı kömək etməyə, əl tutmağa hazırdır. Bu, elə multikulturalizmin ifadəsidir. Təsəvvür edin ki, mən vegetarianam, ilk gündən Azərbaycanda qış məktəbinin təşkilatçıları qərar verdilər ki, mənim menyumda ancaq tərəvəzdən hazırlanan yeməklər olsun. Mən daxilən sıxıntı keçirsəm də, gördüm ki, bu məsələni ev sahibləri elə rahatlıqla həll etdilər ki, sıxıntım qalmadı. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətinə qarşılıqlı anlaşma metodologiyası xasdır. Haqqında danışdığım epizod kiçik görünsə də, əslində böyük mətləbdən xəbər verir. Qış məktəbinin təşkilatçıları hər şeyi o dərəcədə səlis, harmonik şəkildə hazırlamışdılar ki, bu neçə günü biz burada, sözün əsl mənasında, rahatlıq hissi ilə düşündük, işlədik, yaşadıq. Mən burada həm qış məktəbinin xarici, həm də azərbaycanlı iştirakçıları sırasında özümə xeyli dost qazandım. Əminəm ki, burada yaranan bu münasibətlər öz layiqli davamını tapacaq. Bu, o deməkdir ki, biz artıq hər birimiz həm öz xalqlarımıza, həm də Azərbaycan xalqına xas olan multikultural dəyərlərin daşıyıcısıyıq”.

Sonra “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: “Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq. Qış məktəbinin baş tutmasında əməyi keçən hər kəsə, bütün qurumlara dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür. Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliklərdə oldunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz. Mən bu görüşlərin keçirilməsində xüsusi xidməti olan şəxslərə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, burada olmayan, amma ürəyi bizimlə olan gənclər və idman naziri Azad Rəhimova, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Quba, Xaçmaz və Qusar şəhərlərində sizinlə vaxt keçirən, dövlət, hökumət nümayəndələrinə, ziyalılarımıza dərin təşəkkürümü bildirirəm. Mən bu günlər ərzində sizinlə intellektual söhbətlər aparan, mühazirələr oxuyan, “dəyirmi masa”lar təşkil edən həm Almaniyadan, Rusiyadan, Litvadan, Gürcüstandan, İsveçrədən gələn alimlərimizə, eyni zamanda, Azərbaycandan bu layihəyə qatılan ziyalılarımıza təşəkkür edirəm. Əlbəttə ki, həm də bu layihəni təşkil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun və Bakı Slavyan Universitetinin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür düşür. İnanıram ki, azərbaycanlı tələbələrimiz də xarici həmyaşıdları ilə mənalı günlər keçiriblər. Eyni zamanda, onların getdiyi yerlərdə - Quba, Qusar, Xaçmazda, Binəqədi rayonunda yerli gənclərin də onlara qoşulması tədbirlərinizi daha maraqlı və faydalı edib. Bu tədbirin məqsədi təkcə sizlərin Azərbaycana olan marağını məhəbbətə çevirmək deyildi, bu, yeni zamanda, azərbaycanlı gənclərin sizin təmsil etdiyiniz İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya, Nigeriyaya olan məhəbbətini təmsil edirdi, bu, sevginin daha da dərinləşməsinə gətirirdi. Qış məktəbi çərçivəsində daha maraqlı bir layihəsinin də həyata keçməsinin şahidi olduq. “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular. İnanıram ki, gələcəkdə gənc nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu və bir-birinə məhəbbət dolu qarşılıqlı münasibətləri həyatları boyu davam edəcək. Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamınızı yenidən Azərbaycanda görmək arzusundayıq. Sizin xalqlarınıza əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beynəlxalq Multikulturalizm qış məktəbinin uğurla başa çatması münasibətilə layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib.

Çıxışlardan sonra qış məktəbi iştirakçıları, eləcə də qardaşlaşmış məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Qış məktəbinin tələbələrinə sertifikat və hədiyyələr təqdim edilib.

Mərasim musiqili-bədii axşam proqramı və ziyafətlə yekunlaşıb.

Bununla da “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO