Beynəlxalq müşahidəçi: Azərbaycan xalqı gələcək prezidentini seçməkdə qərarlıdır
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan xalqı seçkilərdə öz seçimini etməkdə və gələcək prezidentini seçməkdə qərarlıdır. Bu, möhtəşəmdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təmsilçisi Əli Sidibe deyib.
Malidən gəldiyini bildirən beynəlxalq müşahidəçi qeyd edib: “Azərbaycandakı prezident seçkilərini izləmək və bu missiyanın bir parçası olmaq mənim üçün qürurvericidir. Mən buradakı müşahidələrimə əsasən deyə bilərəm ki, gənclər, ümumiyyətlə, qadınların və yaşlıların hamısı bu prosesdə yaxından iştirak edirlər. Bu, bütün müasir ölkələrin inkişafı üçün xeyli dərəcədə mühümdür. Hətta fiziki məhdudiyyətli şəxslər də seçkilərdə fəal iştirak edirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]