Beynəlxalq Olimpiya Komitəsi KXDR-in Qış Olimpiya Oyunlarında iştirak etmək niyyətini alqışlayır
Bakı, 3 yanvar, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) KXDR-in 2018-ci ildə Cənubi Koreyada keçiriləcək qış Olimpiya Oyunlarında mümkün iştirakını alqışlayır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, MOK-un nümayəndəsi təmsil etdiyi qurumun KXDR və Cənubi Koreya hökumətlərinin bununla bağlı danışıqlara başlamaq niyyətindən məmnunluğunu bildirib. Onun sözlərinə görə, MOK Şimali Koreya Milli Olimpiya Komitəsinə dəvətnaməni qüvvədə saxlayır və öz növbəsində son qərarı qəbul edəcək.
Bir müddət əvvəl Cənubi Koreya Prezidenti Mun Çe-in öz hökumətinə şimal qonşuları ilə onların Olimpiadada mümkün iştirakı barədə danışıqlara hazırlaşmaq tapşırığı verib. Bu addım KXDR lideri Kim Çen Inın yeni il müraciətində ölkəsinin qış Olimpiya Oyunlarında iştiraka hazır olması barədə bəyanatına cavab olaraq atılıb. Olimpiadada iştirak barədə ərizə verilməsinin müddəti başa çatsa da, yanvarın ortalarınadək KXDR-in texniki cəhətdən yarışlara öz idmançılarını göndərmək imkanı hələ qalır.
Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]