“Beynəlxalq Ordu Oyunları - 2020”nin planlaşdırılması üzrə videokonfrans keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də Müdafiə Nazirliyinin nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının 3-cü planlaşdırma konfransında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin videoəlaqə vasitəsilə keçirilən onlayn konfransda beynəlxalq oyunların yarışların şərtləri və qaydaları və hazırlıq məsələləri müzakirə olunub.
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının bu il avqustun 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.