Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qərbin əlində siyasi manipulyasiyalar üçün alətə çevrilib – RƏY

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qərbin əlində siyasi manipulyasiyalar üçün alətə çevrilib –  RƏY

Bakı, 10 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin mövqeyi dəyişməzdir və dediyi hər bir söz həmişə reallığa çevrilib. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə suveren ərazilərimizin bütövlüyü ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını və xalqımızın heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağını bildirirdi. Amma beynəlxalq ictimaiyyət münaqişənin müharibə yolu ilə həllinin olmadığını bildirərək torpaqlarımızın Ermənistan tərəfindən işğalını əbədiləşdirməyə çalışırdı. Üç il əvvəl isə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz 44 gündə döyüş meydanında torpaqlarını işğaldan azad etməklə Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi yolla həll oluna biləcəyini sübuta yetirdi. O cümlədən Qələbədən sonra müharibənin bitdiyini elan etməyimiz digər məsələlərin siyasi yollarla həlli üçün yaratdığımız imkandır. Amma Ermənistan müharibənin başa çatdığı ilk dövrdə razılaşmalara əməl etdiyini nümayiş etdirsə də, sonradan bununla, əslində, vaxt qazanmaq üçün çalışdığını göstərdi. Belə ki, Ermənistan silahlı qüvvələri şərti sərhəddə, qanunsuz dəstələr isə Qarabağ iqtisadi rayonunda gərginliyi artırdı, mütəmadi olaraq mövqelərimizi atəşə tutdu.

Eyni zamanda, aprelin 15-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində ermənilər tərəfindən hərbçilərimizə atəş açılmasından sonra Laçın yolu Ermənistandan daşımalar üçün bağlandı.

Dövlətimiz isə yenə də humanistlik göstərərək Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən xəstələrin və həyat üçün vacib olan vasitələrin daşınmasına icazə verdi. Ermənistan isə Laçın yolunun qarşısında Azərbaycanın icazəsi olmadan Fransanın avtomobil karvanını yığaraq saxta humanitar şou yaratmaqla beynəlxalq ictimaiyyəti regiona cəlb etməyə çalışdı, bununla da əvvəllər əldə olunmuş razılaşmalara kölgə saldı. Azərbaycan isə bəyan etdi ki, Laçın yolu ancaq Ağdam -Xankəndi yolunun tam açılışından sonra fəaliyyət göstərə bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə ilkin olaraq 40 ton undan ibarət humanitar yardım Xankəndiyə çatdırılması üçün Ağdam yolu ilə göndərildi. Artıq 13 gündür ki, separatçılar Ağdam-Əsgəran yolu vasitəsilə yardımı qəbul etməyəklərini bildirərək, Laçın yolunun açılmasını istəyirlər. Bununla əlaqədar Fransa Prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Antoni Blinken də Prezident İlham Əliyevlə telefon əlaqəsi saxladı və Laçın yolu ilə bağlı məsələ müzakirə olundu. Prezident İlham Əliyev A.Blinkenə və E.Makrona Azərbaycanın dəyişməz mövqeyini bir daha izah etdi, Laçın yolunun ancaq Ağdam-Xankəndi yolu açılandan sonra ölkəmizin qanunlarına uyğun fəaliyyət göstərə biləcəyini bildirdi.

"Sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyəti (RQXC) və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) arasındakı razılaşmaya uyğun olaraq bir yük avtomobili Xankəndiyə göndərilmək üçün Samur sərhəd-keçid məntəqəsindən keçərək Ağdam-Əsgəran yoluna istiqamətləndi. Bu yüklər Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə çatdırılmalı idi. Amma Rusiya QXC-nin yükü də Ağdam yolunda gözləyir və buraxılmır. Bu o deməkdir ki, yüklərin daşınması üçün hansı ölkələrə aid olması əsas şərtdir. İlk baxışda humanitar təşkilatların eyni Konvensiya altında fəaliyyət göstərdiyi görünsə də, reallıqda selektiv yanaşmalar mövcuddur və Xankəndiyə humanitar yükü göndərdiyinə görə Rusiya QXC-yə təzyiqlər göstərilir. Bu, bir daha Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsl məramını üzə çıxarır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. O vaxt BQXK erməni silahlılarını Füzulidən çıxarmağa cəhd göstərmiş və kəşfiyyat məlumatları toplayaraq düşmənə ötürmüşdü. Müharibə başa çatandan sonra da BQXK Ermənistandan Xankəndiyə intensiv şəkildə daşımalar həyata keçirirdi. Amma bu yüklər yoxlanılmadığından avtomobillərdə nələrin daşındığı suallar doğurur.

İndi də BQXK Xankəndiyə “ancaq Ermənistandan humanitar yüklərin daşına bilər” kimi fikir ortaya qoyur. Bu, humanitar yardımlarla bağlı neytral fəaliyyətlə məşğul olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərdə alətə çevrildiyinin sübutudur. Əgər BQXK-nın məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdirsə, onun hansı istiqamətdən gətirilməsinin nə əhəmiyyəti var? Amma hadisələrin inkişafı bir daha sübut edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qərbin əlində siyasi manipulyasiyalar üçün alətə çevrilib. BQXK-nın ofisi birmənalı şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldığı təqdirdə belə onlar öz emblemi altında əvvəllər olduğu kimi çirkin niyyətlərini davam etdirə bilməyəcəklər",- deyə A.Badamov vurğulayıb.

O əlavə edib ki, Ağdam-Xankəndi yolunun açılması heç də bizi torpaqlarımızda separatçı rejimin mövcudluğunun qarşısını almaq fikrindən daşındırmır. Sentyabrın 9-da qondarma qurumda “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasına ziddir. Həmçinin dünya ictimaiyyəti də “seçkilər”in legitim xarakter daşımadığını bəyan etdi. Xankəndi Azərbaycanın suveren ərazisidir və bu gün orada fəaliyyət göstərən qondarma qurumlar buraxılmalıdır. O cümlədən Qarabağda Ermənistanın maliyyələşdirdiyi qeyri-qanuni hərbi birləşmələr tərksilah olunaraq ərazilərimizi tərk etməlidir. Azərbaycanın mövqeyi dəyişməzdir və yaxın zamanlarda Bakı ilə Xankəndi arasında dialoq vasitəsilə normallaşma prosesi baş tutmazsa, anti-separatizm əməliyyatı başlana bilər. Azərbaycan normallaşma prosesini həmişə olduğu kimi dialoq və danışıqlar yolu ilə təmin etməyə üstünlük verir. Əgər bu mümkün olmasa, "Dəmir yumruq" işə düşəcək və məsələlərin güc yolu ilə həlli qaçılmaz olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib