Beynəlxalq Şahmat Federasiyası adı Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlı hakimi təbrik edib
Bakı, 15 aprel, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovu Ginnesin Rekordlar Kitabına düşməsi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı FIDE-nin sosial şəbəkəsində paylaşım edilib.
"Faiq Həsənov ən uzun karyeraya (60 il 149) malik şahmat hakimi kimi Ginnesin Rekordlar Kitabına daxil olub. “Guinness World Records”un rəsmisi Şeyda Subaşı bütün məlumatların hərtərəfli nəzərdən keçirildiyini və rekord üçün tələb olunan meyarlara cavab verdiyini təsdiqləyib. Faiq Həsənovu qeyri-adi nailiyyəti münasibətilə təbrik edirik", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, aprelin 13-də F.Həsənovun 85 yaşı tamam olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]