BEYNƏLXALQ ŞAHMAT FEDERASİYASININPREZİDENTİ KİRSAN İLYUMJİNOVUN GƏNC ŞAHMATÇILARIN NAXÇİVANDA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATININ İŞTİRAKÇILARINA TƏBRİKİ
Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovun gənc şahmatçıların Naxçıvanda keçirilən dünya çempionatının iştirakçılarına təbrikini yaymışdır. Təbrikin AzərTAC-a daxil olmuş mətnində deyilir: “Son illər Azərbaycan Respublikası idman və olimpiya hərəkatında, o cümlədən beynəlxalq yarışların, qitə və dünya çempionatlarının keçirilməsində böyük nailiyyətlər qazanmışdır. Azərbaycanda şahmat da sevilən və daim inkişaf etdirilən idman növlərindən biridir. Bu ölkənin şahmatçıları dünya şahmat xəzinəsinə həmişə öz töhfələrini vermişlər. Ölkənin şahmat federasiyası öz işini beynəlxalq və qitə şahmat federasiyaları ilə sıx əməkdaşlıq şəraitində qurmağa nail olmuşdur. Odur ki, ötən il gənclər arasında şahmat üzrə Avropa çempionatının, bu il isə dünya çempionatının Azərbaycanda keçirilməsini qanunauyğun bir hadisə sayıram. Əminəm ki, bu çempionat yüksək səviyyədə keçəcəkdir. Çempionatın təşkilat komitəsinə öz minnətdarlığımı bildirirəm, yarış iştirakçılarına isə gözəl, yaddaqalan oyunlar və uğurlar arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]