BEYNƏLXALQ SƏRGİDƏ AZTELECOM İSTEHSALATBİRLİYİ CDMA TEXNOLOGİYASI TƏQDİM ETMİŞDİR
Birliyin Beynəlxalq Avromat Telefon Stansiyasının baş mütəxəssisi Vahid Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda dünyanın hər yerində simsiz rabitəyə üstünlük verilir. Simsiz CDMA texnologiyasından istifadə zamanı kənar təsirlər nəticəsində kəsintilər olmur, maddi və enerji sərfi minimuma endirilir. Bu da rabitə xətti olmayan ucqar yerlərin, kəndlərin az məsrəflərlə telefonlaşdırılmasına əlverişli şərait yaradır. Təşkil olunan yeni xidmət növü əsasən baza stansiyalarından və xüsusi antenlər vasitəsilə abunəçilərə çatdırılacaq. Birlik bu xidməti digər rabitə müəssisələrindən daha sərfəli qiymətlə vətəndaşlara təklif edir. Bu yaxınlarda CDMA texnologiyasının tarifləri də müəyyənləşdiriləcək və əhalinin istifadəsinə veriləcəkdir.