BEYNƏLXALQ TƏŞKİLATLAR MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALARIN NƏŞRİNDƏN NARAHAT OLDUQLARINI BİLDİRMİŞLƏR
Söz azadlığının əsasında insanların hüquqlarına hörmət amilinin durduğu vurğulanan bəyanatda K.Annan, X.Solana və E.İhsanoğlu müsəlmanları zorakılıqdan çəkinməyə və İslam dininin sülhpərvər mahiyyətini qorumağa çağırırlar: “Biz bir neçə ay öncə Məhəmməd Peyğəmbərə təhqiredici karikaturaların Danimarka qəzetlərində və ardınca digər Avropa ölkələrinin qəzetlərində nəşrindən, eləcə də bu hadisənin doğurduğu zorakılıq hallarından dərin narahatlıq keçiririk”.
Bəyanatda bütün dindarların müsəlmanların narazılığına şərik çıxdığı qeyd edilir.