BEYNƏLXALQ XİLASETMƏ KOMİTƏSİ “İCTİMAİ SƏRMAYƏ QOYULUŞU” PROQRAMININ İCRASINA BAŞLAYIB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Amerikanın Beynəlxalq Xilasetmə Komitəsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 60 kilometrinin keçdiyi Hacıqabul rayonunda sosial-iqtisadi irəliləyişləri nəzərdə tutan “İctimai sərmayə qoyuluşu” proqramının icrasına başlayıb.
Rayonun Rəncbər, Pirsaat, Muğan, Qarasu və Padar kəndlərində icmalar təşkilatlanır, problemlər öyrənilir, layihələr hazırlanır.
Layihələrin dəyərinin 75 faizinin Beynəlxalq Xilasetmə Komitəsi tərəfindən nəgd, 25 faizinin isə icmalar tərəfindən əmək sərfi formasında ödənilməsi nəzərdə tutulur.