Bəzi yerlərdə intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanda dekabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 9-12° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10, arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının dağlıq ərazilərindən başlayaraq bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, bəzi yerlərdə 13° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüzdən bəzi qərb rayonlarında yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti olacağı proqnozlaşdırılır.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi qərb rayonlarında, axşam əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 8-13° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 9-13° isti, dağlarda gecə 3-6°, gündüz 6-8° isti olacaq.