Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biarrits görüşü: G7-nin fikir ayrılıqları və geosiyasi parçalanmalar sammiti

Biarrits görüşü: G7-nin fikir ayrılıqları və geosiyasi parçalanmalar sammiti

Bakı, 28 avqust, AZƏRTAC

“Newtimes.az” portalında “Biarrits görüşü: G7-nin fikir ayrılıqları və geosiyasi parçalanmalar sammiti” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanadanın üzv olduğu “Yeddilər qrupu”nun (G7) builki zirvə görüşünün gərgin keçəcəyi öncədən məlum idi. Çünki qlobal miqyasda o qədər çoxlu anlaşılmazlıq, ziddiyyətlər və münaqişələr mövcuddur ki, onların asan həllini gözləmək sadəlövhlükdür. Bundan başqa, artıq dünyada G7-ni hər şeyə qadir qüdrətli təşkilat kimi qəbul etmirlər. Rusiya Prezidenti V.Putin açıq ifadə edib ki, daha böyük təşkilat da var - G20! Dünyanın aktual məsələlərini orada müzakirə etmək daha konstruktivdir. Yəni G7-yə daxil olan ölkələrin iradəsi bütün dünya üçün məcburi deyil. Qlobal səviyyədə olan problemlərin məzmunu da onu göstərir ki, real həll üçün ciddi çalışmalar gərəkdir. Dünyada söz sahibi olan bir neçə dövlətin birgə fəaliyyəti zəruridir. Bu fikirlərin kontekstində Biarrits sammitinin nəticələrinin təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Böyük problemlər: həlli yolları görünmür

Dünyanın inkişaf etmiş yeddi ölkəsini birləşdirən təşkilatın Fransanın Biarrits şəhərindəki zirvə görüşünə ekspert dairələrinin marağının böyük olmasının konkret səbəbləri mövcud idi. Bu səbəblərin kökündə iştirakçıların özlərinin qismən etiraf etdikləri problemlər və fikir ayrılıqları dayanır. Fransa Prezidenti E.Makron “kapitalizm ağlını itirib” və “liberalizm çətin vəziyyətdədir” kimi fikirləri təsadüfən ortaya atmayıb. Bunlardan başqa, qlobal miqyasda müşahidə edilən geosiyasi trendlər, problemlər, ziddiyyətlər, ciddi fikir ayrılıqları, münaqişələr də G7 sammitinə olan marağı izah edir.

Sammitin gedişi və yekun bəyannamə bu qənaətin doğruluğunu təsdiqlədi. Tədbirdə iştirakçılar arasında açıqca özünü göstərən fərqli mövqelər, mübahisələr və hətta kəskin razılaşmamalar ekspertlərin diqqətindən yayınmayıb. Özü də maraqlıdır ki, bu kimi hadisələr həm təşkilata üzv olan ölkələrin arasında, həm də digər dövlətlərlə münasibətlərdə özünü göstərib. Dünya siyasətində nələr baş verir?

Məsələlər o qədər çox olub ki, ekspertlər onları sistemləşdirməkdə çətinlik çəkiblər. Bu səbəbdən öncə G7 daxilində mövcud olan vəziyyətə baxaq. Burada ABŞ-ın ənənəvi tam liderlik statusu, deyəsən, bir qədər laxlayıb.

Artıq iştirakçılar yekun sənəd üçün Vaşinqton tərəfə baxmaq istəməyiblər. E.Makron deyib ki, geniş bir bəyannamə qəbul etməyə ehtiyac yoxdur. Burada iki faktor gizlənib. Birincisi, ötən sammitdə qəbul edilən bəyannaməyə D.Tramp Amerikaya dönəndə təyyarədəcə etiraz etmiş və imzasını onun altından çıxarmağı tələb etmişdi. İkincisi, təşkilat üzvlərini tam razı sala biləcək prinsipial məsələlər çox azdır.

Buna görə də G7 dəyəri olmayan bir sənəd qəbul etməyi lazım bilməyib. Əvəzində, cəmi bir səhifədə yerləşən beş bəndli qısa bəyannamə qəbul edilib. Onun dörd bəndi regional münaqişələrə və cəmi bir bəndi ticarət qaydalarına aiddir. Bu isə o deməkdir ki, G7 əsas beynəlxalq problemlərin həllinə münasibət bildirməkdən qaçıb. Bu da təbii ki, yaxşı əlamət sayılmır. Bir neçə səbəbdən.

Hər şeydən öncə anlaşılır ki, dünyanın böyük dövlətləri arasında ortaq siyasi platforma mövcud deyil. Bu vəziyyət yalnız Qərb-Rusiya, Qərb-Çin və ya Qərb-Yaxın Şərq münasibətlərinə aid deyil. Bu istiqamətlərdə siyasi mənzərənin problemli olduğu şübhə doğurmur. Bunlarla yanaşı, G7-yə daxil olan ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, İtaliya, Kanada və Almaniya arasında münasibətlər də yüksək səviyyədə konstruktiv sayıla bilməz.

Yəni, təşkilatdaxili siyasi-diplomatik mühit tam konstruktiv məzmun kəsb etmir. Burada hazırda lider olanların özlərinin siyasi taleyinin aydın olmaması da rol oynaya bilər. Məsələn, D.Tramp gələn il seçkidə iştirak etməlidir, Böyük Britaniya Brexit yükünün altındadır, A.Merkel siyasi qürubunu yaşayır, İtaliyada koalisiya hökuməti dağılıb, Kanada və Fransada da seçkilər olmalıdır. Liderlərin belə vəziyyəti onların tam obyektiv olmasına, cəsarətli addımlar atmasına mane olur. Onlar daha çox öz siyasi karyeralarına uyğun məzmunda danışmağa üstünlük verirlər.

Digər səbəb ABŞ-ın faktiki olaraq G7-yə daxil olan hər bir üzvü ticarət məsələsində və İran problemində sıxışdırması ilə bağlıdır. Üzv dövlətlər ticarət mübahisələrindən elə də məmnun deyillər. Buna görə də onlar D.Trampın “öncə Amerika” deməsinə etiraz etməsələr də, bütövlükdə G7-ni də düşünməsi gərəkliyini söyləyirlər.

Nəhayət, dünyanın müxtəlif regionlarında doğrudan da mürəkkəb münaqişələrin mövcudluğu öz təsirini göstərir. Onların hələlik həlli yolu görünmür. G7 ayrıca təşkilat kimi həmin çətinliklərin öhdəsindən gələ bilmək iqtidarında olmadığını qəbul etməli olur. Ekspertlər burada G7-nin dünya iqtisadiyyatında, demoqrafik çəkidə və başqa faktorlarda mövqeyini itirməyə başladığını da göstərirlər. Məsələn, artıq G7-nin dünya iqtisadiyyatındakı payı 70 faiz deyil, 49 faiz təşkil edir.

Bir səhifəlik sənəd: arzular və reallıq

Bütün bunlar Biarritsdə sammit boyu aparılan müzakirələri və bəzi mübahisələri təbii qarşılamağa əsas verir. G7 üzvləri Rusiyanın yenidən buraya dəvət edilməsi ilə bağlı razılığa gələ bilməyib. ABŞ və Fransanın təşəbbüsünü Almaniya və Böyük Britaniya pis qarşılayıblar. Onlar öncə Krım və Donbas məsələlərinin həll edilməli olduğunu deyiblər. Nəticədə, yekun sənəddə Böyük Britaniya və Fransanın Normand formatında görüş təşkil etməsi haqqında bənd yer alıb.

Ancaq bir sıra ekspertlər Rusiyanın G7-yə dəvətini qlobal geosiyasi proseslərlə birbaşa əlaqələndirirlər. Onlar əsas məsələnin Rusiyanı Çindən uzaq tutmaqdan ibarət olduğunu deyirlər. Lakin Kreml də bunun nə demək olduğunu yaxşı bilir və çətin ki, ikinci dəfə həmin tələyə düşsün.

İran məsələsi də kifayət qədər dramatik situasiya yaradıb. Öncə G7-dən məlumat veriblər ki, H.Ruhaninin Biarritsə dəvəti ilə bağlı ümumi razılıq vardır. Ancaq D.Tramp dərhal reaksiya verərək belə bir razılığı vermədiyini açıq ifadə edib. Buna baxmayaraq, E.Makronun dəvəti ilə Xarici İşlər naziri M.C.Zərif təcili Fransaya uçub. Fransızlar, almanlar və ingilislərlə üç saatdan çox danışıqlar aparıblar. Nəticə barədə geniş məlumat verilmir. Sammitin yekun bəyannaməsində isə konkret vurğulanır ki, təşkilat üzvləri İranın nüvə silahına malik olmasına qəti surətdə imkan verməyəcəklər, eyni zamanda, regionda sabitsizliyin pozulması da qəbul edilən deyil.

Bunun üçün İrana gündə 700 min barrel neft ixrac etmək imkanı verilə bilər. Tehranın bu təklifə münasibəti məlum deyil. Həm də Tramp-Ruhani görüşü haqqında konkret razılıq yoxdur. Maraqlıdır ki, D.Tramp İran haqqında fikrini dəyişib. O hesab edir ki, onun prezidentliyi müddətində İran "terror dövləti kimi" çox dəyişib, lakin indi necədir, onu aydınlaşdırmır.

Sammitin sənədində Liviyadakı vəziyyət də əks olunub. Orada göstərilir ki, dərhal atəşkəs elan edilməli və məsələnin siyasi müstəvidə həllinə başlanılmalıdır. Bunun üçün beynəlxalq konfrans təşkil etmək olar. Siyasi həll Şimali Afrika ölkəsi üçün yeganə düzgün yoldur. Yanaşma yaxşıdır, ancaq müharibə məsələsində G7-yə daxil olan ölkələrin hansı mövqe tutduğu aydın deyil.

G7 iştirakçıları Honkonqdakı vəziyyətlə də bağlı narahatlıqlarını bildiriblər. Onlar 1984-cü ildə Honkonqla bağlı Çin-Böyük Britaniya bəyannaməsini bir daha xatırladıblar. Həmin sənədə görə, Honkonq 1997-ci ildən Çinə məxsusdur, lakin eyni zamanda, onun yüksək səviyyəli muxtarlığı təmin edilməlidir. G7 Honkonqda zorakılıqdan çəkinməyə çağırıb.

Ekspertlər üçün vurğulanan məsələlərlə yanaşı, ticarət müharibələri ilə bağlı G7-nin ortaq mövqeyi də çox maraqlı olub. Onlar qeyd ediblər ki, 2020-ci ildə bu problemlə bağlı razılaşma əldə edəcəklər. Müəyyən baryerləri sadələşdirəcək və beynəlxalq vergi sistemini yeniləşdirəcəklər. Dünya Ticarət Təşkilatında da dərin islahatlar aparılmalıdır. Bununla "açıq və ədalətli" ticarət mümkün olacaq.

Təbii ki, vurğulanan bəndlər üzrə razılığın əldə edilməsi müsbət haldır. Bununla yanaşı, G7 üzvlərinin konkret olaraq hansı addımları atacaqları məsələsi qaranlıqdır. Yəni bu ümumi müddəalardan asanlıqla imtina edə bilərlər. Həm də üzv dövlətlərdə liderlər dəyişsə, əldə edilən razılıqlar qalacaqmı? Bu sual da açıqdır.

Ayrıca, Rusiya və İran məsələsinə gəldikdə isə, burada hələlik müəmmalı məqamlar az deyil. İran diplomatiyasının fəallığından danışırlar, ancaq məsələ tək Tehranla bağlı deyil. ABŞ-ın hansı şərtləri ortaya qoyacağı üzərində də düşünmək gərəkdir. Məsələn, indi İsrail aviasiyası qonşu ölkələri İran obyektləri adı altında bombalayır. Bunun sonu necə ola bilər?

Rusiya məsələsi daha qəlizdir. H.Kissincerin diplomatik məharəti artıq geridə qalıb. Bu, Rusiya üçün indi acı təcrübədir ki, “o sahəyə bir də daxil olmaq” istəmir. Digər tərəfdən də Ukrayna problemi. O halda G7-Rusiya münasibətlərinin taleyi necə olacaq? Deyəsən, qeyri-müəyyənliklər razılıqları üstələyir...

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib