Bilbaoda “Atletik”-“Spartak” matçından əvvəl azarkeşlər arasında toqquşma baş verib
Bilbao, 23 fevral, AZƏRTAC
Avropa Liqası turnirinin onaltıdabir final mərhələsi çərçivəsində keçirilən “Atletik Bilbao”-“Spartak” oyunundan əvvəl azarkeşlər arasında qanlı toqquşmalar baş verib.
Səhər saatlarından başlayaraq radikal rus azarkeşlərin törətdiyi qanunsuzluqlar böyüyərək kütləvi hal alıb. Azarkeşlər oyunun keçiriləcəyi “San-Mames” stadionunun ətrafındakı kafe və barlara hücum edərək yerlilərlə əlbəyaxa olub, şüşə butulkalarla insanlara xəsarət yetiriblər.
Oyun öncəsi baş verən toqquşmalar zamanı 5 rus azarkeş həbs olunub. Matçın gedişində isə yenə də rus azarkeşlərin qanunsuz davranışları səbəbindən oyun bir müddət dayandırılıb. Hadisələrin qarşını almaq üçün 800-dən çox yerli polis cəlb edilib.
Son məlumatlara görə, 4 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Bilbao
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]