Biləsuvarda qaydaları pozan sürücülərə qarşı reyd keçirilib
Biləsuvar, 17 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər. Dövlət Yol Polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.
Qaydaları kobud şəkildə pozan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:03]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [17:41]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO
- 09.10.2026 [17:21]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO
- 09.10.2026 [16:26]