BİLL GEYTSİN YAŞADIĞI EVİN DİVARLARI RƏNGİNİ ONUN OVQATINA UYĞUN OLARAQ DƏYİŞİR
48 yaşlı Bill Geytsin ailəsi ilə birlikdə yaşadığı evdə kompüterlər divarların rəngini ev sahiblərinin ovqatına uyğun olaraq dəyişir, işığı azaldıb-artırır.
Geyts güman edir ki, kompüterlər yaxın 30 ildə insanların həyatını daha da asanlaşdıracaq, mobil telefonlar, şəxsi kompüterlər isə bir-birini axıradək əvəz edə bilməyərək, yalnız qarşılıqlı surətdə tamamlayacaqlar. Məsələn, yaxın gələcəkdə mobil telefon və İnternet vasitəsilə supermarketdə alış-veriş edərək, bu və ya digər malın keyfiyyətini, onun harada daha ucuz qiymətə satıldığını öyrənmək mümkün olacaqdır.