BİLL KLİNTON ABŞ PREZİDENTİNİN SİYASƏTİNİ BƏYƏNMİR
Klinton demişdir ki, parnik qazlarının atmosferə buraxılmasına nəzarət edilməsinin ABŞ iqtisadiyyatına ziyan vuracağı barədə Corc Buşun bəyanatı qətiyyən düz deyildir. Buna baxmayaraq, sabiq prezident dünya birliyini ABŞ hökuməti ilə əməkdaşlığın yollarını axtarıb tapmağa çağırmışdır.
Assoşieyted Pressin məlumatına görə, Kioto protokolunun həyata keçirilməsinə həsr edilmiş ongünlük forumun işinin sonuncu günü Klintonun çıxışı Amerika nümayəndə heyətini hiddətləndirmişdir. Lakin ABŞ-ın konfransdakı təmsilçisi xanım Pola Dobryanski demişdir ki, “Bill Klintonun çıxışı iqlimin dəyişməsi məsələsi barədə bütün rəylərlə tanış olmağa imkan verdi”.
Xatırladaq ki, atmosferə buraxılan parnik qazlarının həcminə görə dünyada birinci yeri tutan ABŞ hesab edir ki, Kioto protokoluna qoşulmaq ölkənin iqtisadiyyatına ziyan vuracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]