Binə qəsəbəsində odlu silah və 2 tüstülü əl qumbarası aşkarlanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin N.Abbasov küçəsindəki yarımtikiliyə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı həmin ərazidən bir “Toz 8” markalı ov tüfəngi və 2 "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkarlanıb.
Silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.