BİNƏQƏDİ RAYONUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN BÜSTÜ AÇILMIŞDIR
Sonra çıxış edən rayon ağsaqqalı Həsən Mirzəyev dedi ki, ulu öndər Heydər Əliyev xalqımıza müstəqil Azərbaycan dövləti kimi yenilməz və möhtəşəm abidə əmanət etmişdir. Dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu abidəni getdikcə daha da əzəmətli edir.
Büstün üzərindən örtük götürüldü. Rayon ictimaiyyəti adından büstün önünə əklil qoyuldu, gül-çiçək dəstələri düzüldü. Sonra məktəblilər ulu öndərimizə, dövlətimizin başçısına, Vətənə həsr olunmuş şeirlər söylədilər.