SİYASƏT
Binəqədi rayonundakı seçki məntəqələrində əhalinin yüksək fəallığı müşahidə olunur
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971781515585_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971262128210_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063975747760537_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971495020433_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707306397521714642_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971203249141_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971935953348_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063972983849047_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063971307259744_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073063974559525529_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707306397248024301_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü Bakının Binəqədi rayonundakı seçki məntəqələrində əhalinin yüksək fəallığı müşahidə olunur. 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasında seçici aktivliyi daha yüksəkdir.
Dairənin 8 saylı məntəqəsinin seçki komissiyasının üzvü Vüsalə Yusifova AZƏRTAC-a bildirib ki, məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün bütün lazımi işlər görülüb. Məntəqədə 1235 seçici qeydiyyatdadır. Səs verənlər arasında ən yaşlı - 89 yaşlı seçici məntəqəyə özü gələrək səs verib. Gənclərin səsvermədə fəallığı da göz qabağındadır. Ümumiyyətlə sakinlərimiz seçkilərdə aktiv iştirak edirlər. Məntəqələrdə veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində, həmçinin 8 saylı Binəqədi birinci, 10 saylı Binəqədi üçüncü, 11 saylı Binəqədi-Qaradağ, 21 saylı Nəsimi-Binəqədi seçki dairələrinin dairə seçki komissiyaları fəaliyyət göstərir. 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyası 38 məntəqədən ibarətdir. Quraşdırılmış təbliğat lövhələrinə prezidentliyə namizədlərin seçki platforması vurulub və onların hər biri üçün bərabər şərait yaradılıb. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb - təşviqat, məlumat, seçici siyahısı, daşınmaz və daşınan seçki qutuları, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub.
Səsvermənin gedişini yerli müşahidəçilər, media nümayəndələri izləyirlər.
Xatırladaq ki, 8 saylı məntəqədə yerləşən 100 saylı məktəbdə AZƏRTAC-ın əməkdaşı - şəhid-jurnalist Məhərrəm İbrahimov təhsil alıb.