“Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyənləşib
Naxçıvan, 1 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinə yekun vurulub.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iki yaş kateqoriyası üzrə (14-25 və 26-35) qeydiyyat 1-25 iyun tarixlərində aparılıb, 26-27 iyun tarixdə videoçarxlara baxış olub və hər iki kateqoriya üzrə müsabiqənin qalibləri seçilib.
Münsiflər heyəti tərəfindən seçim zamanı təqdim olunan videoçarxların mövzunu əhatə etməsi, çəkilişin keyfiyyəti, şəxsi yaradıcılıq, nitq mədəniyyəti və videoçarxın heç yerdə yayımlanmaması nəzərə alınıb. Nəticələrə əsasən 14-25 yaş kateqoriyası üzrə I yerə Həcər Əsgərova, II yerə Nəzrin Nuriyeva, III yerə Nail Nağıyev, 26-35 yaş kateqoriyası üzrə I yerə Tural Əliyev, II yerə Sərxan Abdullayev, III yerə Əbülfəz Məmmədov layiq görülüblər. Qaliblər pul mükafatı, həmçinin müvafiq diplomla təltif olunublar.
Qeyd edək ki, Bakı şəhərindən qatılan və qalib olan iştirakçıların mükafatları onların ünvanlarına çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]
Tərtərdə pambıq yığımına başlanılıb
- 07.10.2026 [11:52]