BİRGƏ REYDLƏR KEÇİRİLİR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi ilə birlikdə müəyyən edilmiş tutumundan artıq sayda sərnişin daşıyan, sərnişinləri nəzərdə tutulmayan sahələrdə mindirib-düşürən, ötmə qaydalarına əməl etməyən, eləcə də ban şüşələri standarta uyğun gəlməyən nəqliyyat vasitələrinin aşkar edilməsi, müvafiq qaydaları pozan sürücülərin cəzalandırılması və maşınların normaya uyğunlaşdırılmasının təmin olunması məqsədi ilə reydlər keçirilir.
Artıq ilk belə reydlərə Nərimanov rayonu ərazisində başlanmışdır.