BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ “AZƏRBAYCANDA SƏRMAYƏ MÜHİTİ VƏ BİZNES İMKANLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik Şarca Əmirliyində “Azərbaycanda sərmayə mühiti və biznes imkanları” mövzusunda konfrans keçirmişdir.
Tədbirdə Şarca Əmirliyinin Ticarət və sənaye palatasının, əmirlikdə fəaliyyət göstərən açıq ticarət zonalarının nümayəndələri, habelə işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər. Konfransda sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti barədə ətraflı məlumat verilmiş, səfirliyin əməkdaşları iş adamlarını maraqlandıran sualları cavablandırmışlar.