Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a yoluxmada antirekord qeydə alınıb
Qahirə, 23 sentyabr, AZƏRTAC
Son sutka ərzində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COVID-19 pandemiyasının yayıldığı vaxtdan bəri ən yüksək sayda yoluxma qeydə alınıb. AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Səhiyyə Nazirliyi sentyabrın 22-də 1083 nəfərin yeni növ koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd olunub ki, ölkədə yoluxma hallarının artması hökuməti karantin qaydalarını yenidən sərtləşdirməyə vadar edə bilər. Artıq toy və yas mərasimlərinin məhdud sayda iştirakçı ilə keçirilməsi qaydalarını pozanlar barəsində həbs qəti imkan tədbiri və cərimələr tətbiq edilir.
Nazirliyin məlumatında bildirilir ki, BƏƏ-də indiyədək COVID-19-a 87 530 nəfər yoluxub, 406 pasiyent isə vəfat edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]