BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ
ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHYANA
Ölkənizin milli bayramı – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, xalqlarımızın iradəsindən irəli gələn bu ənənələri yaşatmaq, qarşılıqlı münasibətlərimizin daha ahəngdar inkişafına nail olmaq üçün biz öz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 22 noyabr 2005-ci il.