Bişkekdə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir
Bişkek, 13 fevral (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, Bişkekdə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar mərasim keçiriləcək, Qırğızıstanın KİV-lərində soyqırımı haqqında materiallar veriləcək, Bişkekdəki televiziya kanallarında filmlər göstəriləcəkdir.
Ölkəmizin diplomatik nümayəndəliyində keçiriləcək anma mərasimində Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı faciəsi haqqında ətraflı məlumat verəcəkdir. Bundan əlavə, soyqırımı ilə bağlı sərgi də təşkil olunacaqdır.
Bişkekdəki “Kanal-5”, “Piramida” və “Manas” televiziya kanallarında isə “Xoca” filmi göstəriləcəkdir. Bişkekdə qırğız dilində çap olunan “Qırğız tuusu” qəzetində də faciə ilə bağlı geniş material dərc ediləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]