Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək
Bakı, 19 mart, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Antoni Blinken Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı məsələləri müzakirə etmək üçün martın 20-21-də Səudiyyə Ərəbistanına və Misirə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib. Onun sözlərinə görə, Antoni Blinken Ər-Riyad və Qahirədə “İsrail üçün təhlükəsizlik zəmanətini, Fələstin xalqı üçün siyasi həll yollarını, bölgədə davamlı sülh və təhlükəsizlik arxitekturasını" müzakirə edəcək.
Dövlət katibi, həmçinin Qırmızı dəniz və Ədən körfəzində sabitlik və təhlükəsizliyi bərpa etmək üçün ticarət gəmilərinə Yəmən husilərinin hücumlarının dayandırılması məsələsini də qaldıracaq.
Qeyd edək ki, bir müddət öncə “Axios” portalı danışıqlar prosesinə yaxın mənbələrə istinadla Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında bərpa edilən danışıqlarda tərəflərin mövqelərində kompromislərin yarandığı barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]