Blinken Ukraynanın uzunmüddətli maliyyələşməsi ideyasını dəstəkləyib
Bakı, 5 aprel, AZƏRTAC
ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna üçün uzunmüddətli maliyyələşdirmə ideyasını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Antoni Blinken bu fikri Aİ-ABŞ Ticarət və Texnologiya Şurasında səsləndirib.
“Sabit maliyyə mənbəyinə malik olmaq vacibdir. Əgər həmin vəsait bir çox ölkə arasında bölüşdürülsə, zaman keçdikcə əldə etdiyimiz məbləğ son iki ildə təcili xərclənəndən xeyli az olacaq”, - deyə Entoni Blinken beş il ərzində Kiyevə silah almaq üçün 100 milyard dollarlıq NATO fondunun yaradılması ilə bağlı suala cavabında bildirib. Onun sözlərinə görə, uzunmüddətli maliyyə dəstəyi gələcəkdə Ukraynanı ayağa qaldırmağa kömək edəcək ən yaxşı variantdır.
Bloomberg agentliyinin məlumatına görə, NATO-nun Baş katibi Yens Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək alyans sammitində Ukraynaya silah tədarükü üçün beş il müddətinə 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək. “Financial Times” qəzeti isə öz növbəsində bunun ABŞ-a Kiyevə yardımını 60 milyard dollardan 16 milyard dollara endirməyə imkan verəcəyini yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]