BLOKADADA OLAN BÖLGƏ ELEKTRİK ENERJİSİ İLƏ BAĞLI ASILILIQDAN QURTARACAQDIR
Bunu AZƏRTAC-ın müxbirinə muxtar respublika energetika idarəsinin rəisi, bu günlər əməkdar mühəndis adına layiq görülmüş Yasin Səfərov bildirmişdir. O demişdir ki, son bir ildə Şərur, Sədərək, Culfa rayonlarında, Babək rayonunun Çeşməbasar kəndində müxtəlif gücə malik yarımstansiyalar istifadəyə verilmişdir. İlin sonunadək 22 kilovoltluq Babək yarımstansiyasının yenidən qurulması da başa çatdırılacaqdır. Bunların nəticəsində və yaxın günlərdə Naxçıvana təbii qaz verildikdən sonra energetiklərin işi asanlaşacaqdır. Xatırladım ki, bölgənin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün 4,5 milyon avro məbləğində vəsait ayrılmışdır.
Gələn il Naxçıvan şəhərində 86 meqavat gücündə 10 modul tipli elektrik stansiyası da işə düşəcək, Ordubad rayonu yaxınlığında Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlanılacaqdır. Beləliklə, Naxçıvan MR yaxın gələcəkdə nəinki yerli istehsal hesabına elektrik enerjisinə tələbatını tam ödəyəcək, hətta enerjini ixrac etmək imkanına da malik olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]