BMT BAŞ MƏCLİSİ İRANIN SİVİLİZASİYALARIN DİALOQU HAQQINDA TƏKLİFİNİ BƏYƏNMİŞDİR
Qətnamədə dünya sivilizasiyasının zənginləşməsində bütün mədəniyyət və sivilizasiyaların mühüm rol oynadığı, mədəni müxtəlifliyin qavranılmasının və qəbul olunmasının vacibliyi, mədəniyyət və sivilizasiyaların müxtəlifliyinə hörmət bəslənilməsinin zəruriliyi, habelə sülh mədəniyyətinin və həyatın bütün sahələrində sivilizasiyalar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün dünya ölkələri hökumətlərinin üzərinə düşən vəzifələr nəzərə çarpdırılır.
Sənəddə bəşər cəmiyyətinin əmin-amanlığı, firavanlığı və tərəqqisinin vacibliyi, sülh mədəniyyətini irəlilətmək, zorakılıqdan imtina etmək istiqamətində səylərin təşviq olunmasının zəruriliyi xüsusi vurğulanır.
Qətnamə dünya ölkələrinin hökumətlərini mədəniyyət və sivilizasiyaların dialoqu, həyatın bütün sahələrində dinc yanaşı yaşamaq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət haqqında ideyanın gerçəkləşdirilməsi üçün lazımi tədbirlər görməyə və bu sahədə öz fəaliyyəti barədə BMT-nin baş katibinə mütəmadi məlumat verməyə çağırır.
BMT Baş Məclisinin iclasında 30-dan çox ölkənin nümayəndələri, habelə İslam Konfransı Təşkilatının BMT nəzdindəki təmsilçisi çıxış edərək, təklif olunmuş ideyaya görə İrana minnətdarlığını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]