BMT DÜNYADAN MİLYARDLARLA DOLLAR İSTƏYİR
Bu, BMT-nin humanitar məqsədlər üçün indiyədək xahiş etdiyi ən böyük məbləğdir. BMT humanitar proqramlarının əlaqələndiricisi Yan Egelandın sözlərinə görə, dünya hərbi ehtiyaclara bu qədər pulu ikicə gündə sərf edir.
BMT-nin baş katibi Kofi Annan demişdir: “Bolluq dünyasında milyonlarla insanın müsibəti bizə dinclik verməməlidir. İxtiyarımızda olan imkanları müsibətlərə son qoyulmasına yönəltməməyimiz bağışlanılmazdır”.
Təcili yardım Yer kürəsinin ən yoxsul bölgələrinin 30 milyon sakini üçün gərəkdir. Onların arasında Asiyada ötənilki sunaminin, Kəşmirdə zəlzələnin və Qvatemalada qasırğanın qurbanları da var.
BMT-nin yardım etmək istədiyi ölkələrin əksəriyyəti Afrikadadır. Məsələn, vətəndaş müharibəsinin viran qoyduğu Sudana BMT 1,5 milyard dollarlıq yardım göstərməyə hazırlaşır. Təşkilat qitənin digər ölkələrinə, ilk növbədə, Kot-d”İvuar və Liberiyaya da yardım üçün vəsait toplamağa çağırır. BMT Fələstin Muxtariyyətinin və Çeçenistanın sakinlərinə də kömək etməyə hazırdır. O, Çeçenistana 88 milyon dollarlıq yardım ayırmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]