BMT İP-nin nümayəndəsi: Bələdiyyələrə bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq
Bakı, 17 mart, AZƏRTAC
BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsi Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Keyroş söyləyib.
Bələdiyyələrə həmin ərazilərdə yaşayan sakinlər ilə əlaqə saxlamaq, onların səsinə səs vermək və onlarla birbaşa təmasda olmaq istiqamətində dəstək göstərdiklərini vurğulayan N.Keyroş deyib: “Əsas məsələ layihələrin müxtəlifliyi ilə bağlıdır. Biz bütün bələdiyyələrə reallaşdırdıqları layihələrdə özlərinə uyğun olan, seçdikləri həll yolu istiqamətində dəstək göstəririk. BMT-nin İnkişaf Proqramı olaraq daim onların yanındayıq və bütün istiqamətlərdə dəstək göstərməyə hazırıq. Əsas ideyalar məhz budur. Bələdiyyələrdə bu yolla Azərbaycan vətəndaşlarına dəstək verəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]