BMT: Livanda 30 min məcburi köçkün sığınacaqlara yerləşdirilib
Qahirə, 3 mart, AZƏRTAC
Livanın cənubundan təxminən 30 min məcburi köçkün ölkədəki kollektiv sığınacaqlara yerləşdirilib və qeydiyyatdan keçirilib.
AZƏRTAC BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytına istinadla bildirir ki, İsrail-Livan silahlı toqquşmasının genişlənməsi səbəbindən sərhəd bölgəsinə yaxın 50-dən çox kəndin əhalisi təxliyə olunub.
Qurum, həmçinin 11 minə yaxın livanlının Suriyaya keçdiyini diqqətə çatdırıb.
Livanın sosial işlər naziri Huneyn əs-Seyyid ölkədə 171 sığınacaq açıldığını və köçkünlərin bu sığınacaqlarda yerləşdirildiyini bildirib.
Livan Səhiyyə Nazirliyi açıqlayıb ki, İsrail ordusunun Beyrutdakı hədəflərə zərbələri nəticəsində azı 40 nəfər ölüb, 246 nəfər yaralanıb.
Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [22:42]
Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]