BMT-nin 75 illiyi ilə əlaqədar başladılmış qlobal sorğu davam edir
Bakı, 28 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) 75-ci ildönümü ilə əlaqədar başladılmış qlobal sorğu davam edir.
AZƏRTAC xəbər ki, bir dəqiqə davam edən sorğunun iştirakçıları qlobal problemlər və onların həlli yollarına dair fikirlərini bildirə, eləcə də BMT-nin Baş katibinə konkret təkliflər verə bilərlər.
Qeyd edək ki, sorğunun nəticələri bu il sentyabrın 21-də Nyu-Yorkda BMT-nin 75 illiyinə həsr olunmuş sammitdə dünya liderlərinə və BMT rəsmilərinə təqdim olunacaq. Bundan başqa, sorğu iştirakçılarının cavabları hazırlanmaqda olan “Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək.
Azərbaycan dilinə tərcümə olunmuş sorğuda iştirak etmək üçün bu linkə daxil olmaq lazımdır: https://un75.online/?lang=aze.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]