Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi qaldırılıb

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi qaldırılıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan bütün dünyada insan hüquqlarının təşviqi və qorunması üçün çoxtərəfli institutların vacibliyinə inanır. Bu səbəbdən, Azərbaycan əməkdaşlıq və həqiqi dialoq vasitəsilə bütün insan hüquqlarının təşviq edilməsinə və qorunmasına cavabdeh olan BMT-nin İnsan Hüquqları Şurasına əhəmiyyət verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Azərbaycan Şurada müşahidəçi olaraq onun işinə fəal şəkildə töhfə verir. Şuranın 37-ci sessiyasında Azərbaycan Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Şura tərəfindən yekdilliklə qəbul edilmiş şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin təqdim edilməsi yolu ilə dayanıqlı inkişaf məqsədlərinin və insan hüquqlarının təşviqi ilə bağlı 92 dövlətin həmmüəllif olduğu qətnamə layihəsini irəli sürdü. Bu il insan hüquqları üzrə ali komissarın ofisi ilə birlikdə Azərbaycan yuxarıda qeyd olunan qətnamədə təşviq edilən ictimai xidmətlərin səmərəli modellərinə malik ölkələrin digər üzv dövlətlərlə ən yaxşı təcrübələrini bölüşə biləcəyi növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək. Azərbaycan 2018-ci ilin mart ayında qəbul edilmiş insan hüquqlarının qorunması və təşviqi və dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrası ilə bağlı İnsan Hüquqları Şurasının 37/24 saylı qətnaməsinin özək qrupu arasında olub. Şuranın 38-ci sessiyası zamanı insan hüquqları üzrə ali komissarın rolunun artırılması ilə bağlı ölkəmiz tərəfindən irəli sürülmüş birgə bəyanat 125 üzv dövlətin dəstəyini qazanıb.

Azərbaycan hökuməti bütün insan hüquqlarından və fundamental azadlıqlardan vətəndaşlarımızın tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramların həyata keçirilməsini davam etdirir. Bu xüsusda, ədliyyə sisteminin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün əlavə qanunverici və struktur tədbirlərinə hədəfləmiş 2019-2023-cü illərdə ədliyyənin inkişafı ilə bağlı Dövlət Proqramının bu yaxınlarda qəbul edilməsini vurğulamaq yerinə düşər.

Nazir deyib ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir. Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək. Ölkəmiz sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcək. Bu kontekstdə, biz BMT baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə əlilliyin daxil edilməsi üzrə sistem boyu fəaliyyət planının təşviq edilməsi qərarını alqışlayırıq.

E.Məmmədyarov vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə, təhlükəsizliyə, insan hüquqlarına, inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır. Bu gün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birinin - 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla ölkəmizin Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir. Qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadır və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə dünyada ən çox məcburi köçkün və qaçqının olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.

“Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki, hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların insan hüquqlarının bərpası və ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”, - deyə nazir bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər