BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARI MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov jurnalistlərə Ali komissarın tərcümeyi-halı, regiona səfərinin məqsədi haqqında məlumat vermişdir.
Antonio Quterreş Azərbaycanda gördüyü yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Sabirabad, Biləsuvar və Beyləqanda qaçqınlarla görüşündən aldığı təəssüratı bölüşmüşdür.
Ali Komissar qaçqınların və məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan hökumətinin gördüyü işlərə valeh olduğunu xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycanın bu sahədəki işi başqa ölkələrə nümunə olmalıdır.
Antonio Quterreş jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.
O, Livanda böhranlı vəziyyət hökm sürdüyü bir zamanda niyə məhz Azərbaycana gəlməsi ilə bağlı suala cavabında demişdir: “Məqsədim onu vurğulamaq idi ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və beynəlxalq ictimaiyyət qaçqınlar və məcburi köçkünlərlə bağlı problemi olan digər ölkələri də unutmasınlar. Onların arasında ən birinci Azərbaycanın adı çəkilməlidir. Azərbaycan dünyada ən böyük qaçqın-köçkün ordusunun mövcud olduğu ölkələrdən biridir. Özü də bu, ən uzun sürən problemdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]