BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞI JURNALİSTLƏR ÜÇÜN SEMİNAR TƏŞKİL ETMİŞDİR
Nümaydəliyin rəhbəri Vilyam Tol bildirmişdir ki, seminarın keçirilməsindən əsas məqsəd BMTQAK-ın fəaliyyəti haqqında jurnalistlərə məlumat verməkdir. Azərbaycanda çoxlu sayda qaçqın və məcburi köçkünün olduğunu nəzərə çarpdıran V.Tol təmsil etdiyi təşkilatın həmin şəxslərlə iş prosesindən, bu istiqamətdə hökumətlə əməkdaşlığından danışmışdır.
BMTQAK nümayəndəliyinin əməkdaşları bu qurumun 1992-ci ildən indiyəqədərki fəaliyyəti, eləcə də qaçqın statusunun müəyyənləşdirilməsinə dair yerli və beynəlxalq qanunvericilik barədə məlumat vermişlər.