BMT-NİN ÜMUMDÜNYA ƏRZAQ PROQRAMI AZƏRBAYCANDA FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycana üç il müddətində hər il təqribən ümumi dəyəri 20,2 milyon ABŞ dolları məbləğində 43.087 ton ərzaq yardımı göstərməyi planlaşdırır.
“Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin və aztəminatlı əhalinin uzunmüddətli yardım və bərpaetmə əməliyyatı” layihəsi çərçivəsində həyata keçiriləcək bu yardım əhalinin həmin təbəqələrinin ərzaq təminatını yaxşılaşdıracaqdır.